Rəsmi Bakı Ermənistanın 2022-ci ilin yaz-yay aylarında Şərqi Zəngəzurda azərbaycanlılara məxsus mülkiyyət obyektlərinin məhv edilməsinə dair sübutlarla İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) yeni şikayət göndərib. Bu barədə Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov məlumat verib.
“Biz İHAM-a göndərilən yeni dövlətlərarası şikayətdə 2022-ci ilin may-avqust aylarında Laçın şəhərində, Laçın rayonunun Zabux və Sus kəndlərində yüzlərlə azərbaycanlının mülki obyektlərinin məhv edilməsinə görə Ermənistanın məsuliyyəti barədə faktlar təqdim etdik”, - Əsgərov Twitter hesabında yazıb.**
X.Nəsirzadə