Azərbaycan ilə Türkiyə arasında hər iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında 13-cü Qərargah danışıqları keçirilib. Bu barədə Azərbnaycan Müdafiə Nazirliyi məlumat verir.
“Görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, eləcə də müxtəlif məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb”, - nazirlikdən qeyd olunub.
Səfər çərçivəsində Türkiyənin nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət edəcək. **
X.Nəsirzadə