Azərbaycan prezidenti İlham Əliyev 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlıtədbirlər haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunmuş sərəncama əsasən, 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılır.
Maliyyə Nazirliyi nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.
Təşkilat Komitəsi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Prezident İlham Əliyev 2019-cu il iyulun 26-da intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb.**
X.Nəsirzadə