Azərbaycanda koronavirus infeksiyasına 107 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 825 min 527-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 11 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 997 nəfər təşkil edir.
Virusa yoluxmuş 814 min 9444 nəfər (sutka ərzində +65) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 586 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 253 (ötən gün 622 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 410 min 224 test aparılıb.**
X.Nəsirzadə