Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas KTMT-nin noyabr sessiyasının İrəvanda uğursuz olması ilə bağlı fikirlə razılaşmayıb.
"KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabr ayında İrəvanda keçirilən sessiyasında təşkilatın hərbi komponentinin inkişafı çərçivəsində mühüm qərarlar qəbul edilib. Yeri gəlmişkən, bu sessiya başa çatdıqdan sonra bəzi resurslarda sessiyanın uğursuz olduğu barədə məlumatı təəccüblə oxudum. Demək olar ki, bir növ süqut kimi qələmə verilib. Belə bir şey yox. Qəti olaraq bununla razılaşmıram”, - Zas çərşənbə axşamı KTMT-nin 2022-ci ildə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirib.
Təşkilatın mətbuat xidməri Zasın çıxışından fraqment dərc edib.
"Normal iş atmosferi var idi, dövlət başçıları tərəfindən çox vacib qərarların bütöv siyahısı qəbul edildi. Buna görə, hər hansı uğursuzluq barədə danışmaq ən azı yersizdir", - KTMT-nin baş katibi bildirib.
Noyabrın 23-də İrəvanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib. Burada Ermənistanın baş naziri Nikol Paşinyan Şuranın bəyannaməsi layihəsini və İrəvana kömək üçün birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib. O, Azərbaycanın Ermənistana qarşı hərəkətlərinin təşkilinin siyasi cəhətdən qiymətləndirilməsinin vacibliyini bildirib. **