Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 20-də Türkiyəyə səfər edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Səfərin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir”, - məlumatda deyilir.
Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq. **
B.Rüstəmbəyov