Dekabrın 21-də Bakı Fond Birjasında (BFB) BOKT “Viator Mikro Kredit Azerbaycan” MMC-nin 350 min manat həcmində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
“İnterfaks-Azərbaycan” agentliyi BFB-nin məlumatına istinadən xəbər verir ki, hərrac zamanı 9 investor tərəfindən 1000 manat qiyməti ilə 9 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 350 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 350 min manat təşkil edib.
İstiqrazların illik faiz dərəcəsi 14%, faiz ödəniş dövrü 90 gün, tədavül müddəti isə 540 gün təşkil edir.
İstiqrazların ödəmə tarixi 13.06.2024-cü ildir. Yerləşdirmə üzrə anderrayter “Az-Finance İnvestisiya Şirkəti” QSC-dir.
“Viator Mikro Kredit Azerbaycan” BOKT 2003-cü ilin sentyabr ayında lisenziya alıb. 31 dekabr 2021-ci il tarixinə cəmiyyətin nizamnamə kapitalı 693,774 min manatdır. BOKT-un aktivləri 6,7 milyon manat, öhdəlikləri 2,3 milyon manat təşkil edir.*
X.Nəsirzadə