Azərbaycanda koronavirus infeksiyasına 129 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 825 min 656-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 107 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 999 nəfər təşkil edir.
Virusa yoluxmuş 815 min 34 nəfər (sutka ərzində +90) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 623 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 707 (ötən gün 2 min 253 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 412 min 931 test aparılıb.*
B.Rüstəmbəyov