İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və mədən və energetika naziri Dubravka Djedoviçlə görüşüb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilib.
Görüşdə M.Cabbarov ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, İKT sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.*
Xəbərlər şöbəsi