Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 22-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Dekabrın 22-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8096 manat/1EUR səviyyəsində müəyyən edib (21 dekabr - 1.8034 manat).
AMB dekabrın 22-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0240 manat/1RUB səviyyəsində (dekabrın 21-nə 0.0242 manat/1RUB) müəyyən edib.
Dekabrın 22-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0911 manat/1TRY səviyyəsində saxlayıb.**
B.Rüstəmbəyov