Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Rusiya sülhməramlıları (Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşdirilən) öz missiyalarını yerinə yetirmirlər.
“Laçın dəhlizində yaranmış böhran hələ də öz həllini tapmayıb”, - Paşinyan cümə axşamı hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının məzarəti altındadır, Azərbaycan isə maneəsiz keçidə zəmanət verir.
“Rusiyanın sülhməramlı missiyası Laçın dəhlizinə nəzarət üzrə öhdəliklərini yerinə yetirmir. Əlbəttə ki, bu Azərbaycanın hərəkətləri ilə əlaqədardır, amma buna görə məna dəyişmir ", - Paşinyan qeyd edib. **