Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan sülh müqaviləsi üzrə öz təkliflərini Bakıya təqdim edib.
“Biz həmin məzmun üzrə müqavilə imzalamağa hazırıq, və Azərbaycanın reaksiyasının müsbət olacağına ümid edirik”, - Paşinyan cümə axşamı hökumətin iclasında bildirib.
"Ermənistan bir neçə ay əvvəl sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyanın gələcək işi ilə bağlı təkliflərini Azərbaycana təqdim edib. Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı təkliflərini təqdim edib və dərhal qərara gəlməyə hazırdır", - Paşinyan bildirib. **