İqtisadiyyat Nazirliyinin “Tikinti-Təchizat Birliyi" MMC bir sıra xidmətlərin göstərilməsinə dair "CYBERNET"MMC ilə müqavilə bağlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən məlumat verir ki, “CYBERMET” aşağıdakı xidmətlər göstərəcək: yeni AVİS 2 informasiya sisteminin yaradılmasının 4-cü mərhələsi (reliz 4) üzrə yeni platforma bazasında Autentifikasiya, Bəyannamə, Kargüzarlıq altsistemlərində əlavə funksional bölmələrin yaradılması və mövcud altsistemlərdə dəyişikliklərin edilməsi.
Şirkətlə 4 milyon 692,087 min manat dəyərində müvafiq müqavilə imzalanıb. **
X.Nəsirzadə