Azərbaycan prezidenti İlham Əliyev Anar Kərimovun Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Adil Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilib, mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub.
Bundan əlavə, prezident Adil Kərimlinin Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Anar Kərimov 5 yanvar 2021-ci il tarixində mədəniyyət naziri təyin olunub. **
X.Nəsirzadə