Əgər Bakı İrəvanın təklifinə müsbət reaksiya verərsə, o zaman 2022-ci ilin sonunadək Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib.
“Əgər Azərbaycan Ermənistanın təkliflərinə müsbət reaksiya verərsə, bu halda ilin sonuna qədər imzalanma mümkündür. Azərbaycandan asılıdır. Ermənistan regionda sülhün bərqərar olması üçün səy göstərməyə davam edir. Ermənistan öz ddımını atdı”, - Qriqoryan cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycana “zaminlər institutu” yaratmağı təklif edib.
“Yəni, beynəlxalq təşkilatlar və ya dövlətlər tərəfindən sülh müqaviləsinin zaminləri institutunu yaratmaq ki, həmin institut müqavilənin reallaşdırılmasını təmin edə bilsin”, - o qeyd edib.
“Bundan əlavə, həll edilə bilməyən böhran baş verərsə, beynəlxalq məhkəməyə mümkün müraciət mexanizminin yaradılmasını təklif etdik", - Qriqoryan məlumat verib. **