RF XİN-in rəsmisi Mariya Zaxarova cümə axşamı brifinqdə Ermənistanın baş nazirinin Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının ünvanına səsləndirdiyi ittihamları şərh edərək bildirib ki, Laçın yolu ətrafında vəziyyətin stabilləşməsi üçün iş aparılır.
“Rusiya sülhməramlıları öz missiyalarını yerin yetirirlər”, - o bildirib.
Onun sözlərinə görə, vəziyyətin sabitləşdirilməsi istiqamətində hərəkətlər «görülür, işlər aparılır».
"Xatırlatmaq istərdim ki, bundan əvvəl dəfələrlə gərginlikıər baş verib. Problemlər var idi və tərəflər bir-birini ittiham edirdilər. Və məhz Rusiya sülhməramlıları vəziyyəti sabitləşdirmək üçün hər şeyi edirdilər, onlar bunu bacarırdılar", - diplomat qeyd edib.
O vurğulayıb ki, «sülhməramlılarımıza qarşı bu cür münasibət qəbul edilmir». **
İnformasiya şöbəsi