MİDA MMC “Güzəştli mənzil” sisteminə 24/7 xidmətlərinin göstərilməsi, əlavə təhlükəsizlik tədbirlərinin tətbiqi və təkmilləşdirilmə işlərinə 2,3 milyon manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən məlumat verir ki, MİDA “Risk Elmi İstehsalat Şirkəti” QSC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri - 2 milyon 324,6 min manatdır. **
B.Rüstəmbəyov