Rəsmi Bakı Ermənistan tərəfindən insan hüquqlarının pozulmasına dair sübutları beynəlxalq qurumlara təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Kobud insan hüquqları və beynəlxalq hüquq normalarının pozulmasına dair sübutlar Beynəlxalq Ədalət Məhkəməsi, Avropa Şurası və BMT Baş katibi də daxil olmaqla müxtəlif beynəlxalq qurumlara təqdim edilib”, - XİN məlumat verir.
Nazirlikdən vurğulanır ki, Azərbaycan beynəlxalq hüquq öhdəliklərinə əməl etməyə davam edəcək. “Azərbaycan Ermənistanı Azərbaycana və onun əhalisinə qarşı təxribatlarını dayandırmağa çağırır”, - XİN-dən bildirilir.
XİN həmçinin dünən Ermənistanın şikayəti əsasında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarını şərh edib.
“AİHM-in qərarı Üçtərəfli Bəyanata uyğun olaraq, xüsusilə “Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyi” ilə bağlı Azərbaycan tərəfindən verilən zəmanətləri təsdiq edir”, - XİN-dən bəyan ediblər.
Xüsusilə XİN-dən vurğulanır ki, dəfələrlə müxtəlif kütləvi informasiya vasitələrində Beynəlxalq Qızıl Xaç Komitəsinin və erməni təcili yardım maşınlarının Laçın yolu ilə sərbəst və təhlükəsiz keçdiyinə dair video sübutlar yayımlanıb.
Bununla yanaşı, XİN Ermənistanın Laçın yolu ilə minaların Azərbaycana daşınması və Azərbaycan ailələrinin qayıtmasının qarşını almaq məqsədilə həmin minaların Laçında mülki əhalinin evlərində yerləşdirilməsi faktından narahatlığını ifadə edir. **
X.Nəsirzadə