Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub, tərəflər ikitərəfli gündəliyi, Laçın yolu ətrafında vəziyyəti müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” agentliyi Azərbaycan XİN-ə istinadən məlumat verir ki, tərəflər “bölgədəki cari vəziyyəti, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin etirazına səbəb olmuş hadisələri, Avropa İttifaqının Ermənistandakı missiyasını, o cümlədən Azərbaycan və Aİ arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər”.
Bayramov qeyd edib ki, Laçın yolunda dinc nümayiş keçirən azərbaycanlıların haqlı etirazlarının səbəbi Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismarı və ekoloji problemlərdir. O, həmçinin bildirib ki, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan (Ermənistan tərəfindən – İF) sui-istifadə halları var. Bu səbəbdən, nazir Azərbaycanın milli qanunvericiliyinə zidd olan qeyri-qanuni fəaliyyətlərin (Qarabağ regionunda - İF) dayandırılmasının əhəmiyyətini vurğulayıb.
“Azərbaycan XİN başçısı guya Laçın yolunun Azərbaycan tərəfindən bağlandığına dair irəli sürülən iddiaları tamamilə əsassız olduğunun qeyd edib. O vurğulayıb ki, yoldan gün ərzində bir sıra nəqliyyat vasitələrinin mütəmadi əsasda keçir, yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə yoxdur”, - XİN-dən vurğulanıb.
Öz növbəsində, Borelbölgədə mövcud gərginliyin narahatlıq doğurduğunu bildirib. Bu xüsusda, o, Azərbaycanla Ermənistan arasında mövcud sülh gündəliyinə sadiqliyin vacibliyini vurğulayıb.
“Telefon danışığı zamanı,həmçininqarşılıqlı maraq doğurandigərməsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - Azərbaycan XİN məlumat verir. **
R.Əhmədov