Gənclər və İdman Nazirliyi Qaradağ rayonunun Səngəçal və Ələt qəsəbələrində mini futbol meydançası və idman zalının tikintisinin başa çatdırılmasına 3,3 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “Modern Construction” MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri 3 milyon 276,624 min manatdır.*
B.Rüstəmbəyov