Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos") “Azersky” peykinin bütün risklərdən sığortalanması xidmətlərinin satın alınması üzrə açıq tenderə yekun vurub.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, tenderin qalibi “PAŞA Sığorta” şirkəti olub.
Şirkətlə 517 min manat məbləğində (ƏDV daxil) müqavilə bağlanıb.
Müqavilənin müddəti bir ildir (01.01.2023 – 01.01.2024).
“Azersky”ın dəyəri 24,3 milyon avrodur.
2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.*
N.Abbasova