Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bakı Metropoliteninin “Xocəsən” elektrik deposunun və “Xocəsən” stansiyasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunmuş elektrik deposu ərazisindəki “Xocəsən” stansiyası metropolitenin sayca 27-ci stansiyası və 2-ci yerüstü stansiyasıdır. Stansiya “Avtovağzal” stansiyası ilə birləşib.
“Nərimanov” elektrik deposu ərazisində yerləşən “Bakmil” stansiyasından fərqli olaraq, burada platformanı stansiya girişi ilə 59 metrə yaxın uzunluğu olan keçid birləşdirəcək.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 milyon nəfəri ötür.*
N.Abbasova