Azərbaycanda koronavirus infeksiyasına 84 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 825 min 821-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 81 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 2 nəfər təşkil edir.
Virusa yoluxmuş 815 min 219 nəfər (sutka ərzində +78) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 600 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 506 (ötən gün 2 min 100 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 416 min 537 test aparılıb.*
B.Rüstəmbəyov