Rusiyanın baş naziri Mixail Mişustin və Azərbaycanın baş naziri Əli Əsədov arasında telefon danışığı olub. Bu barədə RF hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Hökumət başçıları Rusiya və Azərbaycan arasında iqtisadi-ticarət və elmi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı aktual məsələləri nəzərdən keçiriblər. Qarşılıqlı maraq doğuran iqtisadi layihələr üzrə birgə işin intensivləşdirilməsi barədə razılıq əldə olunub”, - deyə məlumatda bildirilir.
Mişustin və Əsədov bir-birlərini qarşıdan gələn 2023-cü il münasibətilə təbrik ediblər.*