Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibini təsdiq edib.
Sərəncama əsasən, komissiyanın həmsədri Azərbaycan Respublikasının iqtisadiyyat naziridir.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri təyin edilib.*
R.Əhmədov