Prezident İlham Əliyev bəyan edib ki, azərbaycanlılar Qərbi Azərbaycana qayıdacaqlar.
“Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”, - deyə dövlət başçısı dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı bildirib.
O vurğulayıb ki, “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”.
Prezident hesab edir ki, indi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin, artıq bu istiqamətdə işlər başlayıb.
“XX əsrin əvvəllərində İrəvanın Ermənistana verilməsi qərarı bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirmək qərarı isə xalqımıza qarşı növbəti cinayət idi”, - deyə İ.Əliyev vurğulayıb”.
Xəbərlər şöbəsi