Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
“Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə daimi diqqətinizə və dəstəyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən tədbirlərdə fəal təmsil olunmasını yüksək qiymətləndiririk”, - deyə dövlət başçısının saytında dərc olunmuş təbrikdə bildirilib.
Baş katib hesab edir ki, İ.Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Respublikası sanballı uğurlar qazanıb. Azərbaycan bu gün milli iqtisadiyyatın daha da inkişaf etdirilməsi, ölkə vətəndaşlarının rifahının yüksəldilməsi, respublikanın beynəlxalq imicinin möhkəmləndirilməsi üçün əlverişli şərait yaratmaqla öz maraqlarını inamla irəlilətməkdə davam edir.*
Xəbərlər şöbəsi