Dekabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan liderinin mətbuat xidmətindən məlumat verilib.
“Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilib.
Sadır Japarov Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb. İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Qırğızıstan Prezidentinə təşəkkürünü bildirib.
Telefon söhbəti zamanı 2022-ci ildə dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib.*
Xəbərlər şöbəsi