Azərbaycanda koronavirus infeksiyasına 72 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 825 min 893-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 84 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma sayı təxminən 14,3% azalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 6 nəfər təşkil edir.
Virusa yoluxmuş 815 min 323 nəfər (sutka ərzində +104) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 564 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 957 (ötən gün 1 min 506 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 418 min 494 test aparılıb.*
Xəbərlər şöbəsi