Azərbaycanda koronavirus infeksiyasına 72 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 825 min 965-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün də 72 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 4 nəfər vəfat edib). Ölənlərin ümumi sayı 10 min 6 nəfər təşkil edir.
Virusa yoluxmuş 815 min 395 nəfər (sutka ərzində +72) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 564 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 930 (ötən gün 1 min 957 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 420 min 424 test aparılıb.*
Xəbərlər şöbəsi