2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda bankların biznes, ipoteka və istehlak kreditləri portfeli artıb.
Mərkəzi Bankın məlumatına görə, 30 noyabr 2022-ci il tarixinə bankların kredit portfeli 19 milyard 674,2 milyon manat məbləğində qiymətləndirilir (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 18,1% - İF).
2022-ci ilin yanvar-noyabr aylarında bankların biznes kredit portfeli 12,7% - 10 milyard 975,8 milyon manatadək (bütün kredit portfelinin 55,8%-i) artıb. Noyabrda artım 0,6% təşkil edib.
11 ay ərzində bankların istehlak kreditləri portfeli 27,7% - 5 milyard 771,7 milyon manata qədər artıb, xüsusi çəki 29,3% təşkil edib. Noyabrda portfel 1,3% artıb.
Hesabat dövründə bankların ipoteka kreditləri portfeli 21,9% - 2 milyard 926 milyon manata qədər və ya bankların bütün kredit portfelinin 14,9%-i səviyyəsində artıb. Noyabrda portfel 2,3% artıb.
2022-ci il noyabrın 30-na Azərbaycanda 25 bank fəaliyyət üçün lisenziyaya malikdir.**
X.Nəsirzadə