2021-ci ilin yekunları üzrə Dövlət Kontrakt Korporasiyası - "Azərkontrakt" ASC-nin xalis mənfəəti 83 milyon 495,861 min manat təşkil edib.
“İnterfaks-Azərbaycan” “Azərkontrakt”ın 2021-ci il ərzində BMHS üzrə maliyyə hesabatına əsasən məlumat verir ki, “Azərkontrakt"ın təbii qaz satışından gəlirləri 1 milyard 200 milyon 43,556 min manat təşkil edib.
Həmçinin, qaz satışının maya dəyəri 1 milyard 25 milyon 813,97 min manat təşkil edib.
Ümumilikdə, 2021-ci ildə “Azərkontrakt”ın vergiöncəsi mənfəəti 104 milyon 396,826 min manat təşkil edib. Hesabat dövründə mənfəət vergisi üzrə ödənişlər 20 milyon 873,966 min manat olub.
2022-ci ilin əvvəlinə “Azərkontrakt”ın aktivləri 358 milyon 377,464 min manat, öhdəlikləri – 274 milyon 872,568 min manat təşkil edib.
Holdinqin məcmu kapitalı 83 milyon 504,896 min manat, nizamnamə kapitalı – 13 milyon 538,682 min manat tşkil edib.
“Azərkontrakr” ilk dəfə BMHS üzrə maliyyə hesabatını dərc edir.
Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC Azərbaycan prezidentinin 17 dekabr 1996-cı il tarixli fərmanı ilə keçmiş Material Ehtiyatları Nazirliyi və Ticarət Nazirliyinin bazasında yaradılıb.
2021-ci ildən “Azərkontrakt” təbii qazın topdan alqı-satqısı üzrə SOCAR-ın əvvəlki funksiyalarından birini yerinə yetirməyə başladı. 2021-ci ildən başlayaraq qaz hasil edən şirkətlər ilə qazpaylayıcı və enerji istehsalçıları arasında vasitəçi rolunda sözügedən şirkət çıxış edir.**
B.Rüstəmbəyov