1 dekabr 2022-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2 975 ədəd bankomat quraşdırılıb ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 2,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Noyabrın sonuna Bakıda 1 561 ədəd (dəyişməyib), bölgələrdə 1 414 ədəd (artım 5,1%) bankomat quraşdırılıb.
Respublika ərazisindəki ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 77,133 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 26,6% çoxdur.
Bununla yanaşı, Bakıda 51,697 min ədəd (artım 27,4%), regionlarda 25,436 min ədəd (artım 24,9%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 75,585 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98%-i quraşdırılıb.**
X.Nəsirzadə