“AZ-LEAD” MMC 1 milyon manat dəyərində istiqrazlar buraxır.
“İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan (AMB) məlumat verilib ki, “AZ-LEAD” illik 13% dərəcə ilə 360 tədavül müddəti ilə istiqarzlar buraxır (kupon ödənişi hər 90 gündən bir həyata keçiriləcək).
Emissiya bir qiymətli kağız üçün nominalı 100 manat olan 10 min istiqraza bölünüb.
“AZ-LEAD” istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaiti istehsal və ixracın genişlənməsinə yönəldəcək.
Xəbər verildiyi kimi, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) «AZ-LEAD LLC»-yə $4,2 milyon məbləğində kredit ayırmağı planlaşdırır. Kredit üç elementdən ibarət olacaq: $1 milyon – şirkətin cari borcunun təkrar maliyyələşməsinə, $1,9 milyon – müəssisənin emal və enerji səmərəliliyinin artırılması üzrə güclərinin artımına, $1,3 milyon – akkumulyator qırıntılarının alışına.
AZ-LEAD LLC Azərbaycanda xidmət müddəti keçmiş qurğuşun-turşu akkumulyatorlarının emalı yolu ilə təkrar rafinasiya olunmuş qurğuşun istehsalı ilə məşğul olur. Şirkət 2014-cü ildə yaradılıb, Sumqayıtda fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 2 milyon 842,36 min manata bərabərdir.
2021-ci il ərzində şirkətin satışları 11,7 milyon manat, xalis mənfəəti – 1,6 milyon manat təşkil edib.
Şirkətin yeganə səhmdarı “İndart Holding”dir. **
R.Əhmədov