Bazar ertəsi İpoteka və Kredit Zəmanət Fondu ASC tərəfindən 45 milyon manat məbləğində istiqrazlar yerləşdirilib.
“İnterfaks-Azərbaycan”a Bakı Fond Birjasından məlumat verilib ki, hərrac zamanı bir invstor tərəfinsən sifariş daxil olub.
Hərracın yekunlarına dair istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 45 milyon manat təşkil edib.
İstiqrazların tədavül müddətli - 9000 gün, ödəmə tarixi - 17 avqust 2047-ci ildir.
Kupon dərcəsi – 3%-dir, Kupon ödənişi hər 180 gündən bir həyata keçiriləcək.
Yerləşdirmənin anderrayteri “Unicapital” investisiya şirkətidir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. **
X.Nəsirzadə