“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Balaxanı qəsəbəsində Bakı Şəhər İcra Hakimiyyəti tabeli struktur təşkilatları üçün təsərrüfat sahəsinin tikintisinə 6 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “Retro Holding” MMC ilə 6 milyon 107,995 min manat məbləğində müvafiq müqavilə bağlanıb.*
B.Rüstəmbəyov