Dövlət Vergi Xidməti (DVX) 3,45 milyon manat nizamnamə kapitallı “Azerbaijan Company For Poultry Development” MMC-ni (VÖEN 1406211201) qeydiyyata alıb.
DVX-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, şirkət 2022-ci il noyabrın 2-də qeydiyyata alınıb.
MMC-nin qanuni təmsilçisi Mansur Məmmədovdur.
Dövlət Vergi Xidməti şirkətin fəaliyyət istiqamətini açıqlamayıb.*
B.Rüstəmbəyov