Dövlət Vergi Xidməti (DVX) Avstriyanın “LUKOIL Technology Services GMBH” şirkətinin Bakıdakı filialını qeydiyyata alıb.
DVX-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, filialın qanuni təmsilçisi Rusiya vətəndaşı Emin Ağayevdir.
Filial 2022-ci il noyabrın 1-də dövlət qeydiyyatına alınıb.
“LUKOIL-INFORM” MMC-nin törəmə şirkəti olan “LUKOIL Technology Services GMbH” 2005-ci ilin fevral ayında Vyanada (Avstriya) qeydiyyatdan keçib. Şirkət şaquli inteqrasiya olunmuş “LUKOIL” neft şirkətinin xarici müəssisələrinə informasiya texnologiyaları xidmətləri göstərir.*
N.Abbasova