Rusiya prezidenti Vladimir Putin ötən gün Azərbaycan və Ermənistan liderləri ilə üçlükdə söhbət edə bildiklərini açıqlayıb.
Dekabrın 26-da Sankt-Peterburqda MDB liderlərinin ənənəvi qeyri-rəsmi sammiti keçirilib. Sammitdə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev də iştirak ediblər.
Çərşənbə axşamı RF prezidenti Paşinyanla görüşüb.
“(...) üçlükdə danışa bildik: əlbəttə, əsas məsələ bütövlükdə Cənubi Qafqazdakı vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləri, Qarabağla bağlı olan bütün məsələlərdir”, - deyə Putin görüşdə bildirib.
O əlavə edib: “Razılaşdığımız kimi, biz bütün bu məsələləri ətraflı müzakirə edəcəyik”.
Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, söhbət tamformatlı üçtərəfli danışıqlardan getmir. Tamformatlı ünsiyyət (Putin, Əliyev və Paşinyan arasında - İF) olmayıb”, - deyə o qeyd edib.*