Xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Bakı Ermənistanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarda, ilk növbədə, nəticəyə hədəflənib.
“Azərbaycan müxtəlif platformalarda dialoqa hər zaman açıqdır. Lakin Ermənistanla danışıqlarda əsas məqsəd nəticədir”, - deyə nazir bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O vurğulayıb ki, Azərbaycana qarşı qərəzli yanaşma nümayiş etdirən platformalar Bakı üçün qəbuledilməzdir.
XİN başçısı əlavə edib ki, sərgilədiyi qeyri-kontruktiv mövqedən məhz Ermənistanın özü daha çox əziyyət çəkir. “Ermənistan bunu nə qədər tez anlayarsa, onun özü üçün bir o qədər yaxşı olar”, - deyə C.Bayramov vurğulayıb.*
X.Nəsirzadə