Azərbaycan hökuməti 2020-ci ildən etibarən 409 nəfərin, o cümlədən 2022-ci ildə 68 nəfərin İraq və Suriyadan repatriasiyasını həyata keçirib. Bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün mətbuat konfransında deyib.
“2022-ci ildə 54 uşaq və 14 qadın olmaqla ümumilikdə 68 vətəndaşın, 2020-ci ildən etibarən isə 380 uşaq və 29 qadın olmaqla ümumilikdə 409 vətəndaşın İraq və Suriyadan repatriasiyası həyata keçirilib”, - deyə o bildirib.
XİN başçısı əlavə edib ki, bu il Ukraynadan 16 mindən çox şəxsin təxliyəsi təmin olunub.*