Prezident İlham Əliyev “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunu təsdiq edib.
Qanunun mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Qanun 8 fəsil və 40 maddədən ibarətdir.
Qanunun tətbiqi haqqında fərmana əsasən, İqtisadiyyat Nazirliyinə dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək tapşırılıb.*
R.Əhmədov