Dekabrın 26-27-də Rabat şəhərində Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, Mərakeş tərəfindən Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə baş direktoru, səfir Abdulkader Əl-Ansari rəhbərlik edib.
“Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar, parlamentlərarası əlaqələr sahələri üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub”, - deyə nazirliyin məlumatında qeyd olunub.*
R.Əhmədov