Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2023-cü ildə daha 4 DOST Mərkəzi açmağı plnalşdırır. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bəyan edib.
“Hazırda Bərdə və Qusar rayonlarında DOST Mərkəzlərinin intensiv tikintisi aparılır. Eyni zamanda, Şuşa və Naxçıvanda mərkərin tikintisi üzərində iş gedir. Hesab edirik ki, bütün bu mərkəzlər gələn il istifadəyə veriləcək”, - Babayev AzTV dövlət telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, qarşıda yaxın 3 il ərzində Azərbaycanın bütün bölgələrinin DOST Mərkəzləri şəbəkəsi ilə əhatə etmək vəzifəsi durur.
Xəbər verildiyi kimi, dekabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST Mərkəzinin açılışı olub. **
X.Nəsirzadə