Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nobel Sülh Mükafatına namizəd göstərilib.
«Anadolu» agentliyi xəbər verir ki, Türkiyə parlamentinin spikeri Mustafa Şentop çərşənbə günü bəyan edib ki, “Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üzrə səylərə töhfəyə görə” Ərdoğanın bu nüfuzlu mükafata namizədliyini irəli sürülməsi təşəbbüsü ilə çıxış edib.
Şentopun sözlərinə görə, digər ölkələrdən olan deputatlar və parlamentlərin spikerləri oxşar müraciətlərlə çıxış edəcəklər.
Nobel Fondunun nizamnaməsinə uyğun olaraq, laureatlar Norveç parlamenti tərəfindən təyin edilən Norveç Nobel Komitəsi tərəfindən seçilir.
Nobel Sülh Mükafatı 1901-ci ildən etibarən hər il təqdim edilir.
Mükafat təqdim edildikdə, yalnız qaliblərin adları məlum olur. Bütün digər namizədlər və Nobel Komitəsinin üzvlərinin fikirləri 50 il ərzində gizli saxlanılır. **