Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) tabeliyindəki respublikanın şəhər və rayonlarında yerləşən mühafizəyə ehtiyacı olan müəssisə və obyektlərdə 2023-cü il ərzində gözətçi və patrul xidmətinin satın alınmasına 4 milyon manata yaxın vəsait yönəldiləcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, bu məqsədlə “Gesco” ASC ilə 3 milyon 884,482 min manat məbləğində müqavilə bağlanıb.*
B.Rüstəmbəyov