Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin işlənib hazırlanması ilə əlaqədar bəzi tədbirlər haqqında” 2005-ci il 14 sentyabr tarixli Sərəncamla yaradılan Hökumətlərarası Komissiyanın yeni tərkibini təsdiq edib.
Sərəncama əsasən, komissiyanın sədri Azərbaycan Respublikası baş nazirinin müavini, komissiya sədrinin müavini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentidir.
11 nəfərdən ibarət komissiyanın tərkibinə bir sıra qurumların rəhbərləri və nazir müavinləri daxildir.
Xəbər verildiyi kimi, Bakı və Astana arasında əldə olunmuş razılaşmalara əsasən, Qazaxıstan 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,5 milyon ton neft nəql edəcək. Tərəflər, həmçinin Azərbaycan ərazisindən Qazaxıstan neftinin nəqlinin ildə 6-6,5 milyon tona qədər artırılmasını müzakirə edir.*
B.Rüstəmbəyov