Laçın yolunda baş verən son hadisələr Ermənistan üçün Azərbaycanla münasibətlərin normallaşması məsələsində səmimiyyət testi olacaq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə hesab edir.
“Laçın yolunda baş verən son hadisələr Ermənistan üçün səmimiyyət testi olacaq. Azərbaycan torpaqlarındakı sərvətləri ələ keçirmək cəhdi qəbuledilməzdir. Hər məsələdə olduğu kimi, bu məsələdə də Azərbaycan tək deyil”, - deyə o, bu gün Ankarada mətbuat nümayəndələri ilə ilin yekunlarına həsr olunmuş görüşdə bildirib.
Nazir əlavə edib ki, Bakı və Ankara arasında qarşılıqlı münasibətlər ən yüksək səviyyədədir.
“Biz, həmçinin Ermənistanla münasibətlərin normallaşması prosesini Azərbaycanla sıx koordinasiyada davam etdiririk”, - deyə Çavuşoğlu əlavə edib.*
N.Abbasova