Moskva Laçın yolu ətrafındakı böhranın inkişafından narahatdır və İrəvan və Bakı ilə təmaslarda öz işini davam etdirmək niyyətindədir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz Laçın dəhlizi ətrafında yaranmış gərginlikdən narahatıq. Rusiya tərəfi həm İrəvan, həm də Bakı ilə təmaslarda öz işini və səylərini davam etdirəcək”, - deyə o, jurnalistlərə bildirib.
Kremlin nümayəndəsi qeyd edib ki, Laçın dəhlizindəki böhran Rusiya və Ermənistan liderlərinin Sankt-Peterburqda keçirilən sonuncu görüşü zamanı müzakirə edilib.
“Laçın dəhlizi mövzusu dekabrın 27-də Sankt-Peterburqda Putinin Paşinyanla görüşündə ətraflı müzakirə edilib. Bununla bağlı danışıqlar davam etdiriləcək”, - deyə Peskov diqqətə çatdırıb.*