Dekabrın 28-29-da Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub.
“Səfər çərçivəsində Azərbaycan və İsrail Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail tərəfindən isə Xarici İşlər Nazirliyinin Siyasi Direktorluğunun rəhbəri səfir Aliza Bin Nun rəhbərlik edib”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələri üzrə hazırkı vəziyyət və inkişaf perspektivləri, Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı praktiki məsələlər müzakirə olunub.*
X.Nəsirzadə